AZ

“Qarabağ” “Bakı”ya qalib gəlib

Həndbol üzrə Azərbaycan çempionatlarında final mərhələsinin oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün daha 3 qarşılaşma olub.

Kişi həndbolçuların yarışında 1-4-cü yerlər uğrunda mübarizə aparan “Qarabağ” “Bakı” ilə gərgin keçən oyunda 26:24 hesablı qələbə qazanıb.

5-ci yer üçün yarışan “Təhsil”lə “Dinamo” isə qalibi müəyyənləşdirə bilməyib – 31:31.

Qadın həndbolçuların Azərbaycan çempionatında da bir oyun keçirilib. 5-ci yer uğrunda mübarizə aparan “Bakı” bu tur “Gənclər Birliyi”nə 40:30 hesabı ilə qalib gəlib.

İdman.biz

Seçilən
60
1
idman.biz

2Mənbələr