AZ

All-Star matçında 18 ildən sonra türkiyəli basketbolçu yer alacaq!

MBA-da bu mövsüm ''Hyuston''un heyətində xarüqələr yaradan Alperen Şengün bu performansının qarşılığını gözəl xəbərlə alıb.

''Football-plus.az'' xəbər verir ki, türkiyəli basketbolçu All-Star matçında iştirak etməyə haqq qazanıb. Bununla da 18 ildən sonra bir ilk yaşanıb. Belə ki, All-Starda iştirak edən son türkiyəli basketbolçu 2007-ci ildə Mehmet Okur olmuşdu. 22 yaşlı Alperen ''instaqram''da bununla bağlı paylaşım edərək bunları yazıb:

''Böyük bir arzu reallığa çevrildi. Komandama, ölkəmə, Hyuston şəhərinə və fanatlara mənə inandıqlarına görə təşəkkür edirəm. Bu, sadəcə başlanğıcdı. Türkiyəni All-Star səhnəsində təmsil edəcəyim anı səbirsizliklə gözləyirəm''.

MBA-da hər il böyük maraqla izlənilən və turnirin ən güclü basketbolçularının iştirakı ilə keçirilən All-Star matçı bu il fevralın 16-da San Fransiskoda yerləşən ''Chase Center'' salonunda baş tutacaq və Bakı vaxtı ilə saat 05.00-da başlayacaq.

Alperen qərb konfransının komandasında Şey Giles-Aleksandr, Stefan Karri, Nikola Yokiç, Kevin Dürant, Lebron Ceyms, Entoni Edvards, Entoni Devis, Ceyms Harden, Ceylen Uilyams və Viktor Vembanyama kimi ulduzlarla birlikdə çıxış edəcək. Şərq konfransının komandasında isə Ceylen Branson, Donovan Mitçell, Kayl-Entoni Tauns, Ceyson Tatum, Yannis Antetokumpo, Keyd Kanningem, Damian Lillard, Tayler Hirro, Darius Qarland, Evan Mobli, Ceylen Braun və Paskal Siakam kimi ulduzlar yer alacaq.

ƏLİ
Seçilən
20
football-plus.az

1Mənbələr