Bəs, Elvin “Neftçi” üçün uğurlu seçimdimi? O, komandaya xeyir vermək iqtidarındadımı?
“Football-plus.az”ın suallarını təcrübəli mütəxəssis Arif Əsədov cavabladı:
![“Onun](/uploads/posts/2025-02/1738419239_gmgzqesyrdrdtvg2xfwjcufb1cybytydqkaqddmm.jpg)
“Elvinə həm bir insan, həm də futbolçu kimi böyük hörmətim var. Dürüst və nizam-intizamlı oyunçulardandı. Onun “Neftçi”yə gəlməsi müsbət halda. Komandada rəqabət yarada biləcək səviyyədədi. Öz oyun üslubu var. Xüsusilə dayaq yarımmüdafiəsində dağıdıcı və etibarlı futbolçu kimi seçilir. Bu baxımdan düşünürəm ki, “Neftçi”yə xeyir verə biləcək. Onun mövqeyində yerlilərdən Emil Səfərov və adı yadda qalmayan legionerlər oynayır. Burda Elvinin olması daha yaxşı olacaq. Məncə, “Neftçi” legioner seçimində daha diqqətli olmalıdı. Əcnəbi futbolçular yerlilərdən daha üstün olmalıdı”.
Xatırladaq ki, Camalov karyerası ərzində “Zirə”də də forma geyib. O, 2018/19 mövsümündə “Qəbələ” ilə ölkə kubokunu başı üzərinə qaldırıb və millimizin heyətində 20 oyun keçirib.
KƏNAN BAHADIR