AZ

Sərxoş şəxs 20-dən çox avtomobilə ZİYAN VURDU: 6125 manat zərər var - VİDEO

Rusiyanın paytaxtı Moskvada sərxoş şəxs 20-dən çox avtomobilə ziyan vurub.

Avtosfer.az xəbər verir ki, bu barədə paytaxt prokurorluğu məlumat yayıb.

Bildirilir ki, yanvarın 29-da səhər saatlarında Stroqino rayonunun bir qrup sakini həyətdə park etdikləri avtomobillərin kuzov batığı, yan güzgü və şüşələrin qırığı kimi zədələr aşkar ediblər.

Bundan qəzəblənən sakinlər hüquq-mühafizə orqanlarına müraciət ediblər.

26 zərərçəkmişin müraciəti əsasında polisin apardığı araşdırma nəticəsində 30 yaşlı şübhəli şəxsi saxlanılıb. O, günahını etiraf edib və sərxoş olduğunu deyib.

Dəymiş ziyanın məbləği 350 min rubldan (hazırkı məzənnə ilə 6125 manat) çox qiymətləndirilir.

Namiq Musayev

Seçilən
15
avtosfer.az

1Mənbələr