AZ

Təəccüblü məlumat: Yumurtanın bir faydası yeni məlum oldu

Təəccüblü məlumat: Yumurtanın bir faydası

Son araşdırmalar yumurtanın yaddaşı gücləndirdiyini göstərib. Yumurtanın tərkibindəki xolin maddəsi beyin sağlamlığını dəstəkləyir və koqnitiv funksiyalara müsbət təsir edir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislər Alzheimer xəstəliyinə qarşı yumurta istehlakını tövsiyə edirlər. Prof. Dr. Lütfü Hanoğlu yumurtanın zehni funksiyaları qoruduğunu və müntəzəm istehlakının Alzheimerin başlanğıcını gecikdirə biləcəyini bildirir.

Kolin yaddaş və koqnitiv funksiyalar üçün vacib bir maddədir. Xüsusilə yaşlı fərdlərdə beyin sağlamlığının qorunmasında mühüm rol oynayır və nevroloji xəstəliklərə qarşı müsbət təsir göstərə bilər.

Sağlam həyat üçün balanslı qidalanma və fiziki fəaliyyətin əhəmiyyəti böyükdür. Yumurtanın tək başına möcüzəvi qida olmadığı vurğulanır və onun faydalarından maksimum yararlanmaq üçün düzgün qidalanma və idman tövsiyə edilir.

Keçmişdə yumurtanın xolesterin səbəbilə zərərli olduğu düşünülürdü. Lakin indiki araşdırmalar yumurtanın ürək və beyin sağlamlığı üçün faydalı olduğunu sübut edir və onun gündəlik rasiona daxil edilməsinin vacibliyini ortaya qoyur.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
21
e-saglam.az

1Mənbələr