AZ

“Qaradağ Lökbatan”ın legioneri: “Məqsədimiz ən üst pillələrdir”

“Məqsədimiz ən üst sıralardır. Baş məşqçimiz bizi kompakt şəkildə bir araya yığıb”.

Bu sözləri apasport.az saytına açıqlamasında “Qaradağ Lökbatan”ın futbolçusu Şahin Belajei deyib.

“Çox yaxşı oyun idi. Yeni qurulan komandayıq. Klub rəhbərliyi bizdən dəstəyini əsirgəmir. Gözəl günlər hələ qarşıdadır. İnşallah hər şey yaxşı olsun, yavaş-yavaş xallarımızı toplayaraq, yüksək pillələrdə yerimizi alacağıq. Hər şey yaxşıdır. Azarkeşlərimiz bizə çox dəstək olurlar. 

Növbəti oyunlarda tək məqsədimiz 3 xal toplamaqdır. Meydana yalnız qələbə üçün çıxırıq. Yaxın gələcəkdə “Qaradağ Lökbatan”ı yüksək yerlərdə görəcəyik”.

Qeyd edək ki, I Liqanın XII turunun “Qaradağ Lökbatan” - “Cəbrayıl” matçı 2:0 hesabı ilə yekunlaşıb.

İsmayıl Xeyrullayev

UEFA reytinqi: "Qarabağ" geriləyib

Neymar təqdimat mərasimində göz yaşlarını saxlaya bilməyib

- FOTO

"Mingəçevir” ev oyunlarını Zaqatalada keçirəcək

Günün canlı yayımlanacaq matçları

Rəşad Sadıqov onları buraxmadı

Seçilən
13
apasport.az

1Mənbələr