AZ

Premyer Liqa: "Turan Tovuz" "Səbail"lə bərabərə qalıb


Misli Premyer Liqasının XXI turunda \"Turan Tovuz\" \"Səbail\"lə bərabərə qalıb.

AZXEBER.COM xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Oyunda hesab 29-cu dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində Alexandro Serrano fərqlənib. 45+2-ci dəqiqədə qırmızı vərəqə alan Kauan Martins qərb təmsilçisini meydanda azlıqda qoyub. Qonaqları məğlubiyyətdən xilas edən qola isə Madi Queta imza atıb. 82-ci dəqiqədə baş zərbəsi ilə rəqib torunu silkələyən oyunçu \"dənizçilər\"ə 1 xal qazandırıb.

36 xalı olan \"Turan Tovuz\" dördüncü, 16 xala malik \"Səbail\" isə sonuncu - onuncudur.

Qeyd edək ki, turun əvvəlki oyunlarında \"Kəpəz\" \"Sabah\"ı 3:2, \"Neftçi\" isə \"Şamaxı\"nı 1:0 hesabı ilə məğlub edib.
Seçilən
17
5
azxeber.com

6Mənbələr