Ötən il Azərbaycana xarici ölkələrdən 14 min 387 ton miqdarında, 76 milyon 487 min ABŞ dolları dəyərində çay gətirilib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay idxalının miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 712 ton (5,2%), dəyər ifadəsi ilə 5 milyon 931 min ABŞ dolları (8,4%) çox olub. Belə ki, 2023-cü ildə çay idxalının miqdarı 13 min 675 ton, dəyəri isə 70 milyon 556 min ABŞ dolları olub.
Qeyd edək ki, ötən il idxal olunan çay ümumi idxalın 0,36 faizini təşkil edib.
Əvəz Həsənov