AZ

Bu ölkə QARIŞDI

Serbiyanın şimalındakı Novi Sad şəhərində tələbə etirazçılar şəhərin üç körpüsünü bağlayıblar.

Publika.az xəbər verir ki, bu barədə "Srbija Danas" məlumat yayıb.

Portalın məlumatına görə, tələbələr saat 15:00-dan (Bakı vaxtı ilə 18:00) Azadlıq körpüsü, Varadin körpüsü və Jezhelev körpüsünün qarşısını kəsiblər. Şəhərdə baş verən faciədən 3 ay sonra keçirilən aksiyada Belqrad tələbələri də iştirak edir. Onlar vağzal binasına gül dəstələri düzüblər və 24 saat ərzində Azadlıq körpüsündə nəqliyyatın hərəkətini dayandırmağı planlaşdırırlar.

Keçən il noyabrın 1-də günorta saatlarında Novi Sadda dəmiryol vağzalı binasının giriş qapısının üstündəki şüşə, metal və beton örtük çökmüşdü. Hadisə nəticəsində çox sayda insan yaralanıb.

Seçilən
28
publika.az

1Mənbələr