“Sirkə, sarımsaq yeyib ictimaiyyət içinə çıxmayın”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli “Günə bax” verilişində deyib.
O bildirib ki, xaş hambal yeməyidir:
“Mən xaşı limonla yeyirəm. Xaş hambal yeməyidir. 20-ci əsrin əvvəlində İrandan axın edənlər içərisində əziyyət çəkən hamballar var idi. Onlar o vaxta qədər qoyunun, dananın başı ilə ayağını atırmışlar. Hansısa bir novator hambal onu bişirir, xaş olur”.
![](https://olay.az/uploads/posts/2025-02/img_9244.webp)