AZ

Ağır qəzaya düşən Ailanın vəziyyəti necədir?

“Artıq hamıya məlumdur ki, Aila Rai ötən gün dəhşətli qəza keçirib. Nəticədə onun qabırğaları qırılıb və bədənin müxtəlif üzvləri xəsarət alıb. Bununla əlaqədar o təcili əməliyyat olunub. Bu gün Aila narkozdan ayılıb. Artıq həyati təhlükəsi yoxdur”.

Bu sözləri gənc müğənni Aila Rainin prodüseri Aytən xanım OLAY-ın əməkdaşı ilə söhbətində deyib. 

İfaçının prodüseri ötən gün Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” verilişində söylədiyi “Ailanın qəza nəticəsində beli qırılıb” açıqlamasının yalan olduğunu bildirib:

“Elgiz Əkbərin canlı efirdə Ailanın belinin qərılması ilə bağlı verdiyi məlumatın heç bir əsası yoxdur. Çünki, o da məlumatı başqa saytdan götürüb oxuyub. Xeyir beli qırılmayıb, sadəcə ağır zədələr alıb. Amma Aila əməliyyat olunaraq o zədələr aradan qaldırılıb. Həkimlər isə onun hazırki vəziyyətinin orta ağır kimi qiymətləndirirlər”. 

Qeyd edək ki, Aila Rai Şahdağdan qayıdarkən ağır qəza keçirib. 

Seçilən
24
4
olay.az

4Mənbələr