AZ

“Traktor” “Havadar”ı 4 cavabsız qolla məğlub etdi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 18-ci tur çərçivəsində “Havadar” komandası ilə qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu oyunda 3 cavabsız qola seviniblər – 4:0. Təbrizlilərin heyətində Mehdi Torabi (10), Tomislav Ştrkal (42) və Mehdi Hosseyni (81) fərqləniblər. 39-cu dəqiqədə isə rəqib futbolçu avtoqol müəllifi olub.

“Traktor” hazırda 18 oyuna topladığı 38 xalla 16 iştirakçı arasında ikinci pillədə qərarlaşıb. Hesabat turunu xal itkisi ilə başa vurmuş “Sepahan” isə 39 xalla vahid liderdir.

Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi 18 oyunda 12 qələbə qazanıb, 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Təbriz klubu çempionatdakı növbəti matçını fevralın 6-da səfərdə “Zobahan” komandasına qarşı keçirəcək.

Seçilən
59
arena.az

1Mənbələr