AZ

“Türk axını” ilə Rusiya qazının ixracı tarixi rekorda çatıb

Rusiya qazının “Türk axını” ilə Avropaya ixracı 26,7% artıb.

Demokrat.az
xəbər verir ki, bu barədə RİA Novosti məlumat verir.

Tədarüklər 1,56 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,7% çoxdur. Orta sutkalıq həcm əvvəlki maksimumu  2% üstələyərək 50,3 milyon kubmetr təşkil edib.
Ötən il qaz Avropaya iki əsas marşrutla tədarük edilib. 2024-cü ildə “Türk axını” ilə nəqlin həcmi 22,3%, Ukrayna marşrutu ilə isə 5,4% artıb. 

Eyni zamanda, “Türk axını” ilə çatdırılmalar ilk dəfə olaraq Ukrayna ərazisindən keçən tranzit həcmini ötüb.

Ümumilikdə, 2024-cü ildə Rusiyadan Avropaya boru kəməri qazının tədarükü 13,4% artaraq 32,75 milyard kubmetrə çatıb.


Əfsanə Kamal
Demokrat.az
Seçilən
27
demokrat.az

1Mənbələr