Almaniyanın keçmiş prezidenti Horst Köler 81 yaşında vəfat edib.“Ulusum”.az xəbər verir ki, məlumatı Almaniyanın Prezidenti saytında yayımlanıb. O, 81 yaşında idi. Köler 2004-2010-cu illərdə ölkəni idarə edib. Keçmiş dövlət başçısı qısa, lakin ağır bir xəstəlikdən sonra dünyasını dəyişib."Horst Köler bu gün səhər saatlarında ailəsi ilə birlikdə Berlində, 81 yaşında qısa, lakin ağır bir xəstəlikdən sonra vəfat edib", — deyə məlumatda bildirilir.Xarici siyasət məsələlərində Köler, ədalətli qlobalizasiyaya tərəfdarı olub, bütün insanların rifahını nəzərə alan bir yanaşma təklif edib və qaydasız maliyyə kapitalizminin qarşısını almağa çağırıb. Afrikaya böyük diqqət yetirən Köler, prezidentlikdən sonra da, qitənin gəncləri üçün daha yaxşı imkanlar yaratmağın vacibliyini vurğulayıb.Səidə
Diqqət Çəkənlər
Filadelfiyada təyyarə qəzasının təfərrüatları məlum olub
Böyük Britaniya Ukraynadan gələn qaçqınların uşaqlarını qəbul edəcək
Müğənni Rüfət Mehdiyevin vəfatından 14 il ötür