AZ

Azercell istifadəçilərinin balansından aylıq 2 AZN xidmət haqqı çıxılacaq

Azercell abunəçiləri 25 fevraldan etibarən hər ay xidmət haqqı ödəməli olacaqlar.

Azercell abunəçiləri 25 fevraldan etibarən hər ay xidmət haqqı ödəməli olacaqlar:

Operayiv Media xəbər verir , fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tarif paketlərində 2 AZN aylıq abunə haqqı təyin olunacaq. 

Digər dəyişikliklər bunlardır:

 Fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud olan digər tariflərdən “Azercellim”, “Bölgə”, “GəncSim” tarif paketlərinə keçidə görə 4 AZN xidmət haqqı tətbiq ediləcək. Fakturasız (SimSim) xətt və fakturalı xətt sisteminə aid nömrənin xəttinin 6 (altı) aydan çox olmayan müddətə ikitərəfli bağlanmasına görə 20 AZN xidmət haqqı tətbiq ediləcək.

Seçilən
38
operativmedia.az

1Mənbələr