AZ

Prezident mükafatına layiq görülmək mənim üçün çox böyük bir qürurdur - Rüstəm Əzimov

Bakı: Trend:

Prezident mükafatına layiq görülmək mənim üçün çox böyükqürurdur. Bu qüruru başa düşmək üçün bunu hiss etmək lazımdır.

Bu sözləri Trend-ə ötən gün Prezident mükafatına layiq görüləngənclərdən olan İdarəetmə Sistemləri İnstitutunun elmi işçisiRüstəm Əzimov təəssüratlarını bölüşərkən deyib.

O qeyd edib ki, Prezident mükafatı onun üçün ən yaxşıstimuldur:

"Mən öz işimlə məşğul olanda bundan zövq alıram. Amma zövqalmaqla yanaşı, eyni zamanda adama stimul da olanda daha yaxşıolur. Prezident mükafatı mənim üçün ola biləcək stimulların ənyaxşısıdır. Çox sevindiricidir ki, mənim işim qaranlıq otaqlardatətqiqat aparmaqla, elmi konfranslarda danışmaqla yekunlaşmır,nəticələrdən kimlərsə xəbərdardır. Ən əsası gördüyüm tədqiqatişlərindən Prezident İlham Əliyev xəbərdardır".

Rüstəm Əzimov bildirib ki, Prezident İlham Əliyev tərəfindəngənclərə verilən mükafat təkcə onları yox, həm də ətrafındakıgəncləri həvəsləndirir.

"Mən ən çox da buna görə sevindim ki, bu mükafat bir adamaveriləndə həmin mükafatın verildiyi şəxsin ətrafında olan gənclərdə bundan ciddi bir stimul alır. Mənim əlimdə artıq bir əsas varki, ətrafımda olan gəncləri elmi fəaliyyətə cəlb edim. Mənim elminəticələrim var idi. Mənə görə bu mükafat həmin elmi nəticələrədiqqət olduğunun təsdiq edilməsi deməkdir. Mən bu uğurumu həm dəİdarəetmə Sistemləri İnstitutunun kollektivi ilə bölüşürəm, çünkionlar hər bir çətin zamanımda mənə dəstək olub, mənə canyandırıblar.

Fürsətdən istifadə edərək mənimlə birlikdə bu mükafata layiqgörülən bütün gəncləri təbrik edirəm. Mənim əməyimə bu cür qiymətverdiyi üçün Prezident İlham Əliyevə minnətdaram", - deyə gəncmükafatçı əlavə edib.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev 2025-ci ilGənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncamimzalayıb.

elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş,ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıqsahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2025-ci il Gənclərüçün Prezident mükafatları verilir:

Ağalarov Mircavid Elşad oğlu

Əjdərli Aytac Ceyhun qızı

Əzimov Rüstəm Bakir oğlu

Hacıbəyli Rafael Siyavuş oğlu

İsrafilova Fatimə Seymur qızı

Məhərrəmova Şövkət Fikrət qızı

Məmmədzadə Vüqar Əbdüləli oğlu

Muradova Jalə Tərlan qızı

Nuruzadə Ömər İman oğlu

birgə fəaliyyətə görə:

Abdullayev Nihat Rauf oğlu

Əliyeva Ləman Əhəd qızı.

Seçilən
43
2
az.trend.az

3Mənbələr