AZ

Sərnişin avtobusu yük maşını ilə toqquşdu - Xəsarət alan var

Bakı-Xudat avtobusu yük maşını ilə toqquşub. 

"Unikal"ın məlumatına görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində, Bakıdan Xudat istiqamətində sərnişin daşıyan avtobus yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində 1 nəfər sərnişin xəsarət alıb, o, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.

Sərnişin avtobusuna da ciddi ziyan dəyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xanlar Qaraca

 

Seçilən
128
16
unikal.az

10Mənbələr