AZ

Premyer Liqa: “Sumqayıt” və “Araz-Naxçıvan”dan qolsuz “sülh”

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024-2025-ci illər mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Sumqayıtda baş tutub.

“Sumqayıt” doğma meydanda “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirib. Dörd oyundur qələbəyə həsrət olan Vaqif Cavadovun komandası uğursuz gedişata ev oyununda son qoymaq istəyirdi. Amma rəqib də cari mövsümün ən uğurlu komandalarından biri “Araz-Naxçıvan” idi.

Bu, “Sumqayıt”la “Araz-Naxçıvan”ın 7-ci çempionat qarşılaşması idi. Əvvəlki 6 oyunda 2 heç-heçə qeydə alınmışdısa, qalan oyunlarda tərəflər hərəyə 2 qələbəyə sevinmişdilər. Son 3 qarşılaşmanın taleyini bir qol həll etmişdi. “Sumqayıt”ın ev oyunlarında qol vuran komanda qalib gəlmişdi. Bu oyunda isə qapılara qol vurulmayıb. Komandalar meydanı hərəyə 1 xalla tərk ediblər.

“Araz-Naxçıvan” bu nəticədən sonra 43 xalla ikinci, “Sumqayıt” 22 xalla altıncı pillədə qərarlaşıb.

Premyer Liqa
21-ci tur
1 fevral

“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 18:30.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 12. Georgi Xaraişvili, 11. Momo Yansane, 5. Alan Dias, 77. Casurbek Caloliddinov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 66. Ruslan Əliyev, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 95. Miloş Miloviç, 60. Tresor Mossi.
Baş məşqçi: Vaqif Cavadov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 2. Slavik Alxasov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 21. Sezar Meza Kolli, 29. Vanderson Melo, 17. İssuf Paro, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.

Seçilən
26
arena.az

1Mənbələr