AZ

Millimizin üzvü Türkiyə klubundan AYRILDI

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov klubu “Ankaragücü”dən ayrılıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu artıq kollektivi tərk edib.

O, rəhbərliyin qərarı ilə Tandoğandakı bazada bir məşqçinin nəzarəti altında fərdi məşq edir. I Liqa təmsilçisi hücumçuları Riad Bajiç və Dadaşov arasında seçim edib. Dadaşovun heyətdən kənarlaşdırılmasının səbəbi ona daha tez müştərinin tapılma ehtimalıdır.

Paytaxt təmsilçisi Bajiç üçün təklif almayacağını düşündüyü üçün Dadaşovu transferə çıxarıb ki, yerinə yeni oyunçu transfer edə bilsin.

“Ankaragücü” ilə müqaviləsi gələn ilin yayına qədər olan Renat Dadaşovun adı Azərbaycan klubları ilə birgə hallanır.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
28
bizim.media

1Mənbələr