"ABŞ Ukraynada seçkilərin 2025-ci ilin sonuna qədər keçirilməsini vacib hesab edir".
Publika.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa istinadla məlumat yayıb.
“Birləşmiş Ştatlar Ukraynaya təzyiq göstərir ki, ola bilsin ki, ilin sonuna qədər seçki keçirsin, xüsusən də Kiyev yaxın aylarda Rusiya ilə atəşkəs əldə edə bilsə”, - agentlik qeyd edib.
Kelloq vurğulayıb ki, Ukraynada prezident və parlament seçkiləri keçirilməlidir.