Soyuq qış günlərində həm dadlı, həm də sağlam bir alternativ axtaranların yeni sevimlisi duzlama şorbası oldu. Tərkibindəki qida maddələri sayəsində immunitet sistemini gücləndirir və sümükləri möhkəmləndirir.
E-saglam.az xəbər verir ki, son illərdə kəllə paça və işkənbə şorbalarına alternativ olaraq məşhurlaşan duzlama şorbası sağlamlığa olan faydaları ilə seçilir. Bu şorba həzm sistemini rahatladır, immuniteti gücləndirir və sümük sağlamlığını qoruyur.
Duzlama şorbası tərkibindəki buğda, qatıq və ət ilə olduqca qidalıdır. Mədəni sakitləşdirən buğda həzmi asanlaşdırır, qatıq və ət isə immunitet sisteminə böyük töhfə verir.
Tərkibindəki zəngin dəmir sayəsində bədən üçün enerji mənbəyi rolunu oynayır. Eyni zamanda, probiotik xüsusiyyətləri ilə bağırsaq sağlamlığını dəstəkləyir və xəstəliklərə qarşı müdafiəni gücləndirir.
Duzlama şorbasının ən mühüm üstünlüklərindən biri uzun müddət tox saxlamasıdır. Qida maddələri mədəni tox saxlayaraq həddindən artıq yeməyin qarşısını alır və sağlam həzm prosesini dəstəkləyir.
Sümük sağlamlığı üçün olduqca faydalı olan bu şorba, sümükləri gücləndirən minerallarla zəngindir. Xüsusilə osteoporozun qarşısının alınmasına və sümük strukturunun qorunmasına kömək edir.
Bədəni uzun müddət enerji ilə təmin edən duzlama şorbası, qış aylarında yorğunluğu azaltmağa və enerjini artırmağa kömək edir. Ət və buğdanın birləşməsi insanı həm fiziki, həm də zehni cəhətdən güclü saxlayır.
Bu şorba iştahaaçan təsirə malikdir və günün hər vaxtı istehlak edilə bilər. Səhər yeməyindən tutmuş axşam yeməyinə qədər fərqli vaxtlarda qida rasionuna əlavə edilə bilər.
Sağlam qidalanma üçün ideal seçim olan duzlama şorbası ənənəvi şorbalar arasında xüsusi yer tutur. İmmunitet və sümük sağlamlığı üçün faydalı olması onun qış aylarında daha çox istehlak edilməsinə səbəb olur.
Nəticə olaraq, duzlama şorbası sağlam qidalanmanın yeni favorisi oldu. Həm dadı, həm də sağlamlığa verdiyi faydalar ilə bu şorba artıq bir çox insanın gündəlik menyusuna daxil olub.
Resepti:
Hazırlanması üçün məhsullar
1 kiloqram qarın əti
3 xörək qaşığı un
2 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı kərə yağı
2 limon
Yarım çay stəkan sirkə
2 yumurta sarısı
10 diş sarımsaq
duz
Hazırlaması
Yaxşı təmizlənmiş qarın ətini sirkəli suda 10 dəqiqə isladın.
Sonra təzyiqli sobaya qoyun və 15 dəqiqə qaynadın.
Qaynar suyu boşaldın və atın, qarınları kublara kəsin və yenidən qazana qoyun.
10 stəkan su əlavə edib düdüklü qazanda 50 dəqiqə qaynadın.
Qarın əti demək olar ki, bişdikdə, tavada zeytun yağı və kərə yağı qızdırın və unu bu yağda qızardın.
Topaqlanma yaranmasın deyə unu qazana az-az əlavə edin və yaxşıca qarışdırın.
Şorbanızı başqa 10 dəqiqə bişirin.
Bu vaxt sarımsağı duzla əzin.
Yumurta, limon suyu, sirkə və sarımsağı çırparaq şorba sosu hazırlayın.
Bu sousu qızdırın və şorbaya yaxşı qatılana qədər tez qarışdıraraq şorbanıza əlavə edin.
Tərcümə: Könül Oruc