AZ

Bolqarıstan Azərbaycan qazının ölkənin enerji balansında rolunun artdığını bəyan edib

Bolqarıstanın enerji balansında Azərbaycan təbii qazının rolu artıb.

"Report" xəbər verir ki, bu barədə Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyasının (EWRC) saytında yerləşdirilən məlumatda deyilir.

Açıqlamada qeyd olunur ki, EWRC fevral ayında təbii qazın qiymətini bir MVt/saat üçün 84,34 lev (45 USD) səviyyəsində müəyyən edib ki, bu da yanvar göstəricisindən 3 % çoxdur.

Qiymətə Bolqarıstan-Yunanıstan qaz kəməri (IGB) vasitəsilə tədarük edilən Azərbaycan təbii qazının bütün müqavilə həcmi daxildir.

Qeyd edək ki, Bolqarıstana qaz tədarükü TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə həyata keçirilir. IGB ilə Bolqarıstana qaz tədarükünə 2021-ci ildən başlanıb.

Seçilən
13
11
report.az

10Mənbələr