AZ

Venesuela qeyri-qanuni miqrantları qəbul etməyə razılaşdı - Tramp

Venesuela ABŞ ərazisində qeyri-qanuni yaşayan bütün vətəndaşlarını qəbul etməyə razılıq verib.

Teleqraf.com xəbər verir ki, Venesuela bu barədə ABŞ prezidenti Donald Trampla razılığa gəlib.

Tramp iddia edir ki, Karakas ABŞ-dəki bütün Venesuela vətəndaşlarını, o cümlədən Tren de Aragua cinayət qrupunun üzvlərini geri qaytarmağa razılaşıb.

Amerika liderinin bəyanatına görə, Venesuela bu miqrantların vətənlərinə qaytarılması prosesinin təşkili və maliyyələşdirilməsini öz üzərinə götürür.


Müəllif: Arzu
Seçilən
45
teleqraf.com

1Mənbələr