AZ

ABŞ Ukraynada prezident seçkilərinin ilin sonuna qədər keçirilməsini istəyir

Vaşinqton xüsusən də Rusiya ilə atəşkəs əldə olunarsa Ukraynada prezident seçkilərinin 2025-ci ilin sonuna qədər keçirilməsini istəyir.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyinə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.

"Demokratiya ölkələrinin çoxu müharibə zamanı seçki keçirir. Məncə, bu, vacibdir. Məncə, bu, demokratiya üçün yaxşıdır. Bu, güclü demokratiyanın gözəlliyidir - potensial olaraq birdən çox namizəd ola bilər", - deyə o bildirib.

Seçilən
20
8
apa.az

10Mənbələr