AZ

Bolqarıstanın enerji balansında Azərbaycan təbii qazının rolu artıb

Bolqarıstanın enerji balansında Azərbaycan təbii qazının rolu artıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyasının (EWRC) saytında yerləşdirilən məlumatda deyilir.

Açıqlamada qeyd olunur ki, EWRC fevral ayında təbii qazın qiymətini bir MVt/saat üçün 84,34 lev (45 USD) səviyyəsində müəyyən edib ki, bu da yanvar göstəricisindən 3 % çoxdur.

Qiymətə Bolqarıstan-Yunanıstan qaz kəməri (IGB) vasitəsilə tədarük edilən Azərbaycan təbii qazının bütün müqavilə həcmi daxildir.

Qeyd edək ki, Azərbaycandan Bolqarıstana qaz tədarükü TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə həyata keçirilir. Azərbaycan qazının IGB vasitəsilə bu ölkəyə tədarükünə 2022-ci ilin oktyabrın 1-dən başlanılıb.

"Cebheinfo.az"

Seçilən
16
11
cebheinfo.az

10Mənbələr