AZ

Xaçmaz sakinlərinin suvarma problemi - Dəmiryol xətti arx sularını bağladı VİDEO

Dəmiryol xətti yenilənəndən sonra suvarmada çətinlik yaranıb. Söhbət Xaçmazın Çarxı kəndindən gedir.

Xezerxeber.az xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, dəmir yolunun alt hissəsindən keçən və təsərrüfatlar üçün istifadə olunan su borusu  bağlanıb. Bu səbəbdən də kəndlilər bağ sahələrini suvarmaqda çətinlik çəkirlər.

Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, problem hələ də həllini tapmayıb. Sakinlər su probleminin tezliklə aradan qaldırılması üçün məsul qurumlardan kömək gözləyirlər.

Məsələ ilə bağlı "Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Cəmiyyətdən "Xəzər Xəbər"ə bildirildi ki, ərazidə işlər yekunlaşdıqdan sonra problem həll ediləcək.  

Onuda qeyd edək ki, Çarxı kəndində 2 mindən çox ev var. Bağlanan xətt isə 200 təsərrüfatı su ilə təmin edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
31
xezerxeber.az

1Mənbələr