AZ

"Askona" işçi axtarır - MAAŞ 1300 MANAT - VAKANSİYA

Askona

Mühasib (Əmək haqqı üzrə)

Son tarix 01 mar 2025 - [email protected]

Namizəd üçün tələblər:

  • Ali təhsil (maliyyə və mühasibatlıq sahələri üzrə);
  • Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yüksək səviyyədə bilmək;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
  • Yaş: 25-40
  • Dil bilikləri: Rus dili sərbəst bilik
  • Kompüter bilikləri: MS Office, BTP və 1C mühasibatlıq proqramından istifadə bacarıqları;

Vəzifələr:

  • Şirkət əməkdaşlarının aylıq əmək haqqlarının hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasının təmin edilməsi;
  • Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
  • Daxili və xarici ezamiyyələrin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
  • DSMF tərəfindən ödənişlərin vaxtında həyata keçirilmə məqsədi ilə elektron portalda xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, birdəfəlik ödənişlərin rəsmləşdirilməsi; 
  • Əmək haqqına dair sorğu və sualların cavablandırılması;
  • Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;
  • Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi və sənədləşmənin aparılması.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş qrafiki
  • Əmək haqqı: 1300 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mühasib (Əmək haqqı üzrə)” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Seçilən
21
fed.az

1Mənbələr