AZ

Bu universitetlər köçürüləcək – Deputat AÇIQLADI

Son zamanlar müzakirə olunan məsələlərdən biri də paytaxtda yerləşən universitetlərin bölgələrə köçürülməsi ilə bağlıdır. Belə ki, bəzi ekspertlər, pedaqoqlar, jurnalistlər düşünürlər ki, ali təhsil müəssisələri digər şəhər və rayonlara köçürülsə həm Bakıya axın azalar, həm də bölgələrdə müəyyən dərəcədə yeni iş imkanları yaranmış olar. Baxmayaraq ki, uzun müddətdir bununla bağlı danışılır, təkliflər irəli sürülür, amma hələ nəticə yoxdur. Ümumiyyətlə, hansı universitetlər bölgələrə köçürülə bilər? Bundan başqa, köçürülmənin neçə müddətə reallaşması mümkündür?

Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov uzun zamandır bununla bağlı təkliflərin olduğunu qeyd edib.

Onun fikrincə, bölgə universitetlərinə qəbulun artırılması üçün addımlar atılmalıdır:

“Məsələn, Mingəçevir, Gəncə və başqa bölgələrdə olan universitetlərə qəbulun artırılmasına çalışmalıyıq. Bundan əlavə, digər rayonlarda da yeni universitetlərin olması üçün addım atmalıyıq. Baxın, artıq Xankəndidə 1000 nəfər təhsil alır. Universitetlərin regionlara köçürülməsi həm də şəhərdə tıxacın aradan qalxmasına səbəb olacaq. Ona görə də bu barədə düşünməliyik”.

Ceyhun M%C9%99mm%C9%99dov 1

Ceyhun Məmmədov

Deputatın sözlərinə görə, bölgələrdə yeni universitetlərin yaradılması məsələsinə yaxın zamanda baxıla bilər:

“Bölgələrdə universitetlərin açılması şəhərin yükünün azalmasına gətirib çıxara bilər. Hər il Bakıda tələbə sayı artır. Belə olduqda isə müəyyən çətinliklər yaranır. Ona görə də bu nüansı nəzərdə saxlaya bilərik”.

Seçilən
53
medianews.az

1Mənbələr