AZ

Yeni hücumçu üçün 35 milyon avrodan çox ödəyəcək - "Milan"

“Feyenoord” hücumçusu Santyaqo Ximenezi “Milan”a buraxmağa razılaşıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu meksikalı hücumçu üçün 35 milyon avrodan çox pul ödəyəcək.

Ximenez bu mövsüm 19 oyuna çıxıb, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Milan” A Seriyasının 21 turundan sonra 34 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Seçilən
44
sportinfo.az

1Mənbələr