AZ

Ancelina Coli və Bred Pitt arasında yeni mübahisə

Ancelina

Ancelina Coli, bir neçə həftə əvvəl 8 illik boşanma məsələsi ilə bağlı razılığa gəldikdən sonra, bu dəfə keçmiş əri Bred Pitt-ə qarşı yenidən məhkəməyə müraciət edib. Bu dəfə mübahisə, onların evlilikləri dövründə alınmış "Chateau Miraval" şərabçılığının birgə sahibliyi ilə bağlıdır.Pitt, 2022-ci ildə Colini, onların arasında olan razılaşmanı pozmaqda ittiham edib. Həmin razılaşmaya görə, Coli "Miraval" şərabçılığındakı 50 faizlik hissəsini Pittin razılığı olmadan sata bilməzdi. Pitt, bu şərabçılığa illər ərzində böyük səy və sərmayə qoyaraq onu uğurlu və gəlirli biznesə çevirdiyini bildirib.Colinin vəkili isə vəziyyəti izah edərək, aktrisanın Pittə "Château Miraval"-dakı hissəsini satmaq təklif etdiyini qeyd edib. Bu təklif, yalnız şərabçılığın nüfuzunu zədələməmək şərti ilə qəbul edilib. Lakin son anda Pitt bu razılaşmadan imtina edib, bu da tərəflər arasında məhkəmə mübahisəsinin davam etməsinə səbəb olub.Səidə

Diqqət Çəkənlər

Filadelfiyada təyyarə qəzasının təfərrüatları məlum olub

Böyük Britaniya Ukraynadan gələn qaçqınların uşaqlarını qəbul edəcək

Müğənni Rüfət Mehdiyevin vəfatından 14 il ötür

Seçilən
35
ulusum.az

1Mənbələr