AZ

"AFB Bank" işçilər axtarır - VAKANSİYALAR

AFB Bank

Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

Son tarix 01 mar 2025 - [email protected]

İş barədə məlumat:

  • Risklərin idarə edilməsi strukturu
  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Bakı şəhəri.

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
  • Analitik düşüncə, məsuliyyətlilik və nəticəyönümlülük;
  • MS Office proqramında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.

İşin təsviri:

  • Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və qaydaları bilmək;
  • Əməliyyat risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə mövcud metodolgiyanın tətbiqi və inkişaf etdirilməsi;
  • Əməliyyat risklərinin idarə olunması prosesində risklərin azaldılması, ötürülməsi və qarşının alınması ilə bağlı təkliflərin verilməsi;
  • Yeni xidmət və məhsullar, qayda və prosedurlar, biznes proseslər üzrə risk əsaslı rəylərin verilməsində iştirak;
  • İnsidentlərin bazasının, eləcə də itki məlumat bazasının təkmilləşdirilməsi və tətbiqinin təşkili;
  • Əməliyyat risklərinin idarə edilməsi üzrə əsas risk indikatorlarına (KRİ) dair məlumatların toplanaraq təhlil olunması və müvafiq forma üzrə hesabatlığın təşkili;
  • Əməliyyat risklərinin idarə edilməsi üçün Daxili audit yoxlamalarının nəticələrinin, Daxili nəzarət hesbatlarının və digər məlumatların araşdırılmasında iştirak etmək;
  • RCSA (Risk və Nəzarət Özünü Qiymətləndirmə) prosesinin qrulmasına dəstək olmaq;
  • Risk sorğularının təşkili və risk xəritəsinin təkmilləşdirilməsinə dəstək olmaq;
  • Risk iştahının hazırlanmasında iştirak etmək;
  • Fövqəladə hallar planının hazırlanmasında iştirak etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.

Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Qəbələ filialı)

 Son tarix 01 mar 2025 [email protected]

İş barədə məlumat:

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Qəbələ şəhəri.

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik və dəqiqlik.

İşin təsviri:

  • Mikro və Aqro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasının təmin edilməsi;
  • Ərazi üzrə bank məhsullarının potensial müştərilərə çatdırılmasının təmin edilməsi;
  • Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
  • Keyfiyyətli kredit portfelinin formalaşdırılması və portfelin idarə edilməsi;
  • Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması;
  • Ümumi fəaliyyətə dair hesabatların hazırlanması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Qəbələ)” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.

Kassir (Sumqayıt)

 Son tarix 01 mar 2025 [email protected]

İş şəraiti:

  • İş qrafiki: 09:00 - 17:00 (Bazar ertəsi – Şənbə) 

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı , ingilis və rus dilini bilmək arzu olunandır;
  • Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • İntensiv rejimdə işləmək bacarığı;
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.

İşin təsviri:

  • Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
  • Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
  • Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
  • Dövriyyəyə yararsız  pul əskinazlarının qəbul edilməsini və dəyişdirilməsini həyata keçirmək;
  • Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
  • Müştərilərə çek kitabçalarını vermək;
  • Filialda  nağd pul və digər qiymətlilərin gündəlik uçotunu və hesabatını aparmaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir (Sumqayıt)” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.

Müştəri Xidmətləri üzrə aparıcı/baş əməliyyatçı

 Son tarix 01 mar 2025 [email protected]

İş barədə məlumat: 

  • Müştəri Xidmətləri Strukturu
  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Bakı şəhəri.

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Bank sektorunda müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı ,ingilis dilini bilmək arzu olunandır;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları;
  • Komandada işləmək bacarığı.

İşin təsviri:

  • Müştərilərə bankın məhsul və xidmətləri  barədə məlumat verilməsi və satışının həyata keçirilməsi;
  • Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bank hesablarının açılması, bu hesablar üzrə əməliyyatların həyata keçirilməsi;
  • Korporativ müştərilərə bankın bütün məhsul və xidmətləri haqqında dolğun məlumat verilməsi;
  • Bankın siyasəti çərçivəsində qeyd olunmuş kriteriyalara uyğun potensial müştərilərin müəyyənləşdirilməsi;
  • Korporativ müştərilərin banka qazandırılmasına yönəlmiş fəaliyyətlərin göstərilməsi;
  • Müştərilər üçün müvafiq qaydada ödəniş tapşırıqlarının tərtib edilməsi, 
  • Korporativ əməliyyatların icrasının təmin edilməsi;
  • Avans və ya əvvəlcədən ödənilmiş ödənişlər, konsiqnasiya əməliyyatlarının və s. portala işlənməsi;
  • Filial daxilində aparılmış əməliyyətlara nəzarət edilməsi. 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı / Baş Əməliyyatçı” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.

Pərakəndə kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Qəbələ filialı)

 Son tarix 01 mar 2025  [email protected]

İş barədə məlumat: 

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Qəbələ şəhəri.

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Bank sektorunda müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;
  • Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.

İşin təsviri:

  • Kredit müraciətlərinin qəbulu və analizi;
  • Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
  • Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
  • Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;
  • Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
  • Verilmiş kreditlərin monitorinqinin aparılması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Qəbələ)” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.

Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Qəbələ filialı)

 Son tarix 01 mar 2025  [email protected]

İş barədə məlumat: 

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Qəbələ şəhəri.

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik və dəqiqlik.

İşin təsviri:

  • Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
  • Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
  • Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə  çıxarılmasını təmin etmək;
  • Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
  • Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
  • Bankdaxili prosedurlara  uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər  üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
  • Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Qəbələ)” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.

Seçilən
19
1
fed.az

2Mənbələr