AZ

"Kartaş LTD (Mr.Fix)" işçi axtarır - VAKANSİYA

Kartaş LTD (Mr.Fix)

Anbardar

Son tarix 03 mar 2025 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Anbarda mal və materialların müvafiq sistem, ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
  • Anbara daxil olan malların qəbulu və anbardan çıxarılması zamanı sənədləşmənin düzgün olmasını təmin etmək və malların müvafiq məlumat sistemində uçotunu aparmaq;
  • Anbara mədaxil olunan malları sayaraq təhvil-təslim aktına və digər sənədlərə əsasən düzgün qəbul etmək;
  • Anbar qalıqlarının nəzarətdə saxlanılmasını təşkil etmək;
  • Anbar sayımlarında iştirak etmək;
  • Yeni gələn malların boşaldılmasını, daşınmasını və müvafiq yerə düzgün yığılmasını təmin etmək;
  • Anbardan çıxarılan malların yüklənməsini və sifarişçiyə çatdırılmasını təmin etmək;
  • Nasaz alətlər, cihazlar və s. qüsur cədvəllərini, silinməsi, eləcə də materialların catışmazlığı və korlanması barədə aktları hazırlanmasında iştirak etmək;

Ümumi tələblər:

  • Anbardar vəzifəsində ən az 2 il iş təcrübəsi
  • MS Office bilikləri
  • Malların qruplarının çeşidini və əsas xüsusiyyətləri bilməlidir
  • Güclü ünsiyyət bacarığı, komanda işinə meylli olmaq
  • Vaxt idarə etmə bacarıqlarına sahib olmaq

İş şəraiti:

  • İş yeri: Binəqədi – Xırdalan şosesi 7
  • İş saatları: 08:30-17:30 və ya 11:00 – 20:00
  • İş günləri: həftədə 6 gün
  • Şirkət tərəfindən naharla təmin edilmə
  • Sınaq müddətindən sonra könüllü tibbi sığorta

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Anbardar” başlığı altında qeyd edərək elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Seçilən
20
fed.az

1Mənbələr