AZ

Təyyarə qəzasında ölən dünya çempionunun cəsədi tapıldı

Xilasedicilər ABŞ-də təyyarə qəzasında həlak olan rusiyalı fiqurlu konkisürmə üzrə dünya çempionu Vadim Naumovun cəsədini tapıblar.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə idmançının anası İya Naumova məlumat verib.

“Vadik tapıldı, şəxsiyyəti müəyyən edildi, çıxarıldı, dəfn Bostonda olacaq" - o deyib.

Qeyd edək ki, qəzada Vadim Naumovun həyat yoldaşı və ortağı Yevgeniya Şişkova da həlak olub.


Müəllif: Arzu
Seçilən
25
teleqraf.com

1Mənbələr