Fevralın 1-i saat 11:47-də Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə üzərində Avropa İttifaqının bayrağının olduğu 2 ədəd Cip və 1 ədəd sedan tipli avtomobildə 3-ü hərbçi və 4-ü mülki şəxs olmaqlaümumilikdə 7 nəfər şəxsin gələrək ərazidə foto və videoçəkiliş aparması qeydə alınıb.
Missiya nümayəndələri saat 13:22-də ərazini tərk edərək geri qayıtmışlar.
Avropa İttifaqı nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.
Müəllif: Teleqraf.com