AZ

Başgicəllənmə və yorğunluğun stress olduğunu düşündü, 1 həftə ömrü qaldığını öyrəndi

Başgicəllənmə və yorğunluğun stress olduğunu düşündü,

Harriet Annabelle Uord, 51 yaşında üç uşaq anası, illərlə davam edən yüngül başgicəllənmə və yorğunluğu stresslə əlaqələndirmişdi.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, lakin 2021-ci ildə müayinələr nəticəsində beyninin sol tərəfində 7 sm-lik şiş aşkar edildi. Həkimlər ona cəmi bir həftə ömrü qaldığını söylədilər və şişin 10 il ərzində tədricən böyüdüyünü bildirdilər.

Harriet, iki il əvvəl xəstəxanada müayinə edilsə də, heç bir şiş əlaməti aşkar edilməmişdi. 2021-ci ildə başgicəllənmə və yorğunluqla halı daha da pisləşdi və bir gözündən qan tökülməyə başladı. Həkimlər onun şikayətlərini stresslə əlaqələndirdilər, amma bir gün yaddaşı pisləşəndə təcili yardım çağırıldı.

Harrietin MRT müayinəsi zamanı beynində sürətlə böyüyən bir şiş aşkar edildi. Həkimlər təcili cərrahiyyə əməliyyatı etməyə qərar verdilər və bu, sağ qalma şansı idi. 14 saat davam edən çətin əməliyyatdan sonra, 2021-ci ilin dekabrında gözlərini açdı. Sağaldıqdan sonra o, musiqiyə üz tutdu və beynində şiş olan xəstələrə dəstək olmaq üçün albom çıxardı.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
23
e-saglam.az

1Mənbələr