AZ

Adeyemi "Borussiya" və "Napoli" arasında seçim etdi

"Napoli" qış transfer pəncərəsinin son günlərində heyətini gücləndirməyə hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, Neapol təmsilçisi Dortmund "Borussiya"sının  futbolçusu Kərim Adeyeminin xidmətində maraqlıdır.

23 yaşlı futbolçu A Seriya klubundan gələn təklifi rədd edib. Eyni zamanda, Kərim Adeyeminin gələcəkdə özünü İngiltərə Premyer Liqasında sınamaq istədiyi qeyd olunur.

Xviça Kvaratsxeliya bu yaxınlarda PSJ-yə keçdiyi üçün yarımmüdafiəçi ilə müqavilə imzalamaq klub üçün vacibdir.

Nüfuzlu Transfermarkt portalının ekspertləri Adeyemi 35 milyon avro qiymətləndirir.

Seçilən
31
90deqiqe.az

1Mənbələr