AZ

Neymar təqdimat mərasimində AĞLADI - FOTO

"Santos" yeni transferi Neymar üçün təqdimat mərasimi keçirib.

Bizim.Media xəbər verir ki, Braziliya təmsilçisi 32 yaşlı hücumçu ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

2009-2013-cü illərdə də "Santos"un formasını geyinən və bu müddət ərzində 225 matçda 136 qol vuran, 64 qol ötürməsi verən Neymar mərasim zamanı göz yaşlarını saxlaya bilməyib.


Bizim.Media

Seçilən
28
2
bizim.media

10Mənbələr