AZ

AB missiyası yenidən sərhədimizdə: çəkilişlər aparıldı – VİDEO

Ermənistandakı Avropa Birliyi “missiyası” Azərbaycanla şərti sərhəddə müşahidə aparmaqda davam edir.

KONKRET.az xəbər verir ki, fevralın 1-i saat 11:47-də Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə üzərində Avropa Birliyinin bayrağının olduğu 2 ədəd “Cip” və 1 ədəd sedan tipli avtomobildə 3-ü hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 7 nəfər şəxsin gələrək ərazidə foto və videoçəkiliş aparması qeydə alınıb.

Missiya nümayəndələri saat 13:22-də ərazini tərk edərək geri qayıdıblar.

Avropa Birliyi nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib. (Axar.az)

KONKRET.az

Seçilən
16
konkret.az

1Mənbələr