AZ

Xaçmazda kişi qohumunu bıçaqlayıb, arvadını isə maşınla vurdu

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə Qaraçı kəndində qeydə alınıb.

Belə ki, A.Şərifov mübahisə zəminində qohumu 1990-cı il təvəllüdlü R.Məmmədovu bıçaqlayıb. Daha sonra isə onun həyat yoldaşı 1992-ci il təvəllüdlü S.Məmmədovanı maşın ilə vurub.

Yaralılar xəstəxanaya çatdırılıblar. 

Hadisənin təfərrüatı araşdırılır. 

Xanlar Qaraca

Seçilən
12
1
unikal.az

2Mənbələr