AZ

İrəvanın mərkəzində "Qarabağ" mahnısını oxuyan şəxs həbs edildi

Ermənistan paytaxtı İrəvanın mərkəzində Azərbaycan dilində "Qarabağ" mahnısını ifa edən İran vətəndaşı saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki,  İran İslam Respublikası vətəndaşı 40 yaşlı Millard Vahid yaşadığı ünvanda polis tərəfindən saxlanılıb.  Onun saxlanılmasına səbəb isə kobud davranışları olub:

 "Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin İcma Polis Baş İdarəsinin Erebuni şöbəsinə bir vətəndaşın ictimai asayişi kobud şəkildə pozması barədə əməliyyat məlumatı daxil olub. O, şəhər avtobusunda insanlara qarşı hörmətsizlik edib, nalayiq davranışlar nümayiş etdirib", - nazirliyin məlumatında qeyd olunub. 

Məlumata görə, iranlı həbs edilərək ER Daxili İşlər Nazirliyinin İctimai Polis Baş İdarəsinin təcridxanasına aparılıb. 

Gülayə Mecid 

 

Seçilən
10
6
unikal.az

9Mənbələr