AZ

Xaçmaz sakini qohumunu bıçaqlayıb, onun həyat yoldaşını isə avtomobillə vurub

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Qaraçı kəndində qeydə alınıb.

Belə ki, A.Şərifov mübahisə zəminində qohumu 1990-cı il təvəllüdlü R.Məmmədovu bıçaqlayıb, daha sonra onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü S.Məmmədovanı isə avtomobillə vurub.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Seçilən
22
18
report.az

10Mənbələr