AZ

Rusiya Kurskda məktəbi vurdu: 95 nəfər dağıntılar altında...

Rusiya hərbçiləri Kursk vilayətinin Suca şəhərindəki internat məktəbinə hücum ediblər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Suca şəhəri üzrə komendantlığının nümayəndəsi Aleksey Dmitraşkovski məlumat verib .

Məlumata görə, bu gün Rusiya Silahlı Qüvvələri Suca şəhərindəki internat məktəbinə zərbələr endirib:

“95 nəfər dağıntılar altında qalıb. Dağıntılar altından insanların qışqırıq səsləri eşidilir. Hazırda hərbi komendantlıq axtarış-xilasetmə işləri aparır”.

Seçilən
17
1
axar.az

2Mənbələr