Rusiya hərbçiləri Kursk vilayətinin Suca şəhərindəki internat məktəbinə hücum ediblər.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Suca şəhəri üzrə komendantlığının nümayəndəsi Aleksey Dmitraşkovski məlumat verib .
Məlumata görə, bu gün Rusiya Silahlı Qüvvələri Suca şəhərindəki internat məktəbinə zərbələr endirib:
“95 nəfər dağıntılar altında qalıb. Dağıntılar altından insanların qışqırıq səsləri eşidilir. Hazırda hərbi komendantlıq axtarış-xilasetmə işləri aparır”.