AZ

Moskvada "Azərbaycan” pavilyonunda “Nəzər nöqtəsi” layihəsi işə başlayır

Fevralın 2-də Rusiyanın paytaxtı Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) "Azərbaycan" pavilyonunda “Nəzər nöqtəsi” layihəsi işə başlayacaq.

“Report”un Rusiya bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, o cümlədən ekspertlər, tələbələr və diaspor üzvləri iştirak edəcəklər.

Diplomat çıxışı zamanı karyerasının mühüm mərhələləri barədə danışacaq. Həmçinin tədbir iştirakçıları qonağa öz suallarını verə biləcəklər.

Layihə çərçivəsində keçirilən hər bir tədbir iştirakçılara yeni biliklər əldə etmək fürsəti qazandıracaq.

Qeyd edək ki, “Azərbaycan” pavilyonu 23 noyabr 2019-cu il tarixində bərpadan sonra açılıb. Hər il pavilyonu 1 milyondan çox insan ziyarət edir. Dörd il ərzində o, rəsm sərgiləri, dequstasiya ilə milli bayramlar, musiqi və rəqs tamaşaları da daxil olmaqla 40-dan çox tədbirə ev sahibliyi edib.

Seçilən
17
2
report.az

3Mənbələr