AZ

Ürək sağlamlığınız da sümüklərinizi gücləndirə bilər - Alimlərdən inanılmaz araşdırma

Ürək sağlamlığınız da sümüklərinizi gücləndirə bilər -

Ürək sağlamlığı təkcə damarları deyil, sümükləri də gücləndirə bilər. Yeni araşdırmalar göstərir ki, ürək-damar sağlamlığını qoruyan həyat tərzi dəyişiklikləri sümük sağlamlığına da müsbət təsir edir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, tədqiqat 2011-2018-ci illərdə aparılmış və 20-59 yaş arası iştirakçıların məlumatları təhlil edilmişdir. Nəticələr göstərib ki, sağlam vərdişlər sümük mineral sıxlığını artırır və osteoporoz riskini azalda bilər.

Osteoporoz sümüklərin zəifləməsi və qırılma riskinin artması ilə xarakterizə olunan bir xəstəlikdir. Mütəxəssislər balanslı qidalanma, müntəzəm idman və siqaretdən uzaq durmağın həm ürək, həm də sümük sağlamlığı üçün vacib olduğunu bildirirlər.

Sağlam ürək, sağlam sümüklər deməkdir və ürək sağlamlığı üçün atılan hər addım sümük quruluşuna da fayda verir. Araşdırmada sağlam qidalanma, fiziki aktivlik və yuxu rejimi kimi amillərin sümük sıxlığı ilə əlaqəsi öyrənilib.

Alimlər hesab edirlər ki, yüksək həyat keyfiyyətini təmin edən bu vərdişlər sümük quruluşunu gücləndirə bilər. Gənc yaşlardan ürək sağlamlığının qorunması sümük sağlamlığının uzun müddət qorunmasına kömək edə bilər.

Yaşlanma ilə sümüklərin zəifləməsi təbii prosesdir, lakin sağlam həyat tərzi bu prosesi ləngidə bilər. Beləliklə, ürək sağlamlığına diqqət yetirmək sümüklər üçün də mühüm bir investisiya hesab edilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
32
e-saglam.az

1Mənbələr