Ötən günlərdə “Sumqayıt” klubu qış transfer pəncərəsində növbəti transferini etmişdi.

Offsideplus.az xəbər verir ki, ötən gün “kimyaçılar” hücumçu Ronaldo Junior Vazkesi heyətinə qatmışdı. Klubdan əldə etdiyimiz məlumata görə, komanda bununla da transfer məsələsini bu mövsümlük bağlayıb. "Gənclik şəhəri" təmsilçisi qışda Ronaldodan başqa yeni transfer etməyəcək.

Qeyd edək ki, “Sumqayıt” qış transfer pəncərəsində Ronaldodan başqa hücumçu Momo Yansane ilə də müqavilə bağlamışdı.