AZ

La Liqa: “Real” “Espanyol”a uduzdu, “Atletiko” qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Xetafe” – “Sevilya” matçında qapılara qol vurulmayıb. Altı qolun qeydə alındığı “Vilyarreal” – “Valyadolid” görüşündə meydan sahibləri darmadağına seviniblər. Madrid “Atletiko”su doğma meydanda “Malyorka”nı 2 cavabsız qolla üstələyib. “Espanyol”un qonağı olan paytaxtın digər təmsilçisi, lider “Real” isə səfərdə tək qolla uduzub.

22-ci turun qalan görüşləri fevralın 2-də və 3-də keçiriləcək.

İspaniya, La Liqa
22-ci tur
31 yanvar

Leqanes – Rayo Valyekano 0:1
Qol: Siss, 78.

1 fevral

Xetafe – Sevilya 0:0

Vilyarreal – Valyadolid 5:1
Qollar: A.Peres, 42. Qeye, 64. Komesana, 70. Barri, 86. D.Suares, 90+1 – Amallah, 90+4.

Atletiko – Malyorka 2:0
Qollar: Lino, 26. Qrizmann, 90+3.

Espanyol – Real 1:0
Qol: K.Romero, 85.

2 fevral

17:00. Barselona – Alaves
19:15. Valensiya – Selta
21:30. Osasuna – Real Sosyedad
00:00. Betis – Atletik

3 fevral

00:00. Jirona – Las Palmas

Seçilən
42
3
arena.az

5Mənbələr