AZ

Ötən il Kubaya 2,2 milyon nəfər xarici turist gəlib

Bakı. Trend:

2024-cü ildə Kubaya 2,2 milyon nəfər xarici turist gəlib.

Trend xəbər verir ki, bubarədə Kuba Milli Statistika Ofisinin (ONEİ) məlumatındabildirilir.

Qurumun məlumatına görə, 2023-cü ildə turist sayı 2024-cü illəmüqayisədə 230 min nəfər çox olub.

Ölkənin əsas turist kontingenti olan kanadalıların sayında ötənil 8 faiz azalma müşahidə olunub. İkinci yerdə gələn Kuba əsilliABŞ vətəndaşlarının adaya gəlişi daha ciddi həcmdə - 18 faizazalıb. Bunun əksinə, rusiyalı turistlərin sayında 0,5 faiz artımmüşahidə edilib. Vizaların ləğvinə və birbaşa hava əlaqəsininqurulmasına rəğmən, çinli turistlərin sayında nəzərəçarpacaq artımmüşahidə edilməyib.

Kuba iqtisadiyyatının əsasını təşkil edən turizmi canlandırmaqüçün hökumət ötən illərdə bir çox yeni otel tiksə də, ABŞsanksiyaları və elektrik təchizatındakı problemlər sektoruncanlanmasına mane olur.

Seçilən
44
2
az.trend.az

3Mənbələr