ABŞ prezidenti Donald Tramp Kanada, Çin və Meksikadan idxal edilən mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında fərman imzalayıb.
“Far.Az” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Fərmana əsasən Kanada və Meksikadan idxal olunan mallara 25%, Çindən gətirilən mallara isə 10% rüsum tətbiq ediləcək. Sənəd imzalanan gündən qüvvəyə minir.
ABŞ fevralın 4-dən bütün Kanada mallarına 25 faizlik rüsum tətbiq edəcək.
“Far.Az” xəbər verir ki, bu barədə Kanada hökumətindəki mənbəyə istinadən CBC telekanalı məlumat yayıb.
Qeyd olunub ki, rüsumlar ABŞ prezidenti Donald Tramp Kanadanın fentanil narkotikinin ölkəyə axınını dayandırmaq üçün lazım olan hər şeyi etdiyinə əmin olana qədər qüvvədə qalacaq.
Xatırladaq ki, ABŞ, Meksika və Kanada birgə azad ticarət zonasının yaradılmasını nəzərdə tutan üçtərəfli sazişə imza atıblar.