AZ

Qəzada öldüyü məxfi saxlanılan hərbi ekipaj üzvünün adı açıqlandı

ABŞ hərbi vertolyotun sərnişin təyyarəsi ilə toqquşması zamanı həlak olan üçüncü ekipaj üzvünün adını açıqladı.

Teleqraf.com xəbər verir ki, səlahiyyətli orqanlar ailəsinin onun adının açıqlanmasınıistəmədiyini bildirirdi.

ABŞ ordusundan xəbər veriblər ki, bu, kapitan Rebekka Lobaxdır.

Lobax 2019-cu ildən son anadək orduda zabit kimi xidmət edib. Onun döyüş təcrübəsi olmasa da, hərbçi xanım "ordu qarşısındakı xidmətlərinə", "ordudakı nailiyyətlərinə" və "milli müdafiə sahəsindəki xidmətlərinə" görə və s. orden və medallara layiq görülübmüş.


Müəllif: Teleqraf.com
Seçilən
29
teleqraf.com

1Mənbələr